“Çelsi” Maurinyoyla bacarmadı
25.02.2010 - 03:30
“Çelsi” Maurinyoyla bacarmadı
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, gərginliyi ilə yadda qalan 8 oyunun heç birində iki top fərqli qələbə qeydə alınmadı. Bu səbəbdən cavab görüşlərinin daha maraqlı olacağı şübhə doğurmur. 1/8 final iştirakçılarından “Mançester Yunayted”lə “Bordo” bir qədər rahat nəfəs ala bilər. Hər halda, “Milan” nə qədər güclü olsa da, “Old Trafford”da iki top fərqi ilə qələbə qazanmaq heç də asan məsələ deyil. “Olimpiakos”un Fransanın hazırkı liderini səfərdə yenməsi elə də inandırıcı görünmür.

“Çelsi”, “Fiorentina”, “Arsenal”a növbəti mərhələyə çıxmaq üçün evdə 1:0 hesablı qələbə, turnirin son qalibi olan “Barselona” ilə “Sevilya”ya qolsuz heç-heçə də kifayətdir. İspaniyanın turnirdə daha bir təmsilçisi “Real” isə ona son illərdə başağrısı olan “Lion”u ən azı iki top fərqi ilə məğlub etməlidir.

Qeyd edək ki, cavab 1/8 final oyunları martın 9-dan başlayaraq keçiriləcək.

16 fevral

“Lion” (Fransa) – “Real” (İspaniya) - 1:0

QOL: Makoun, 47

“Milan” (İtaliya) – “Mançester Yunayted” (İngiltərə) - 2:3
QOLLAR: Ronaldinyo, 3; Zeedorf, 86 - Pol Skoulz, 38; Runi, 67; 75

17 fevral

“Bavariya” (Almaniya) – “Fiorentina” (İtaliya) - 2:1

QOLLAR: Roben, 45: Kloze, 90 - Kroldrup, 51
Qırmızı vərəqə: Massimo Qobbi, 73 (Fiorentina)

“Porto” (Portuqaliya) – “Arsenal” (İngiltərə) -2:1
QOLLAR: Varela, 11; Falkao, 51 - Campbell, 19

23 fevral

“Ştutqart” – “Barselona” – 1:1

QOLLAR: Kakau, 25 – İbrahimoviç, 52

“Olimpiakos” – “Bordo” – 0:1
QOL: Ziani, 45

24 fevral

MOİK (Rusiya) - "Sevilya" (İspaniya) - 1:1

QOLLAR: Mark Qonsales, 66 - Alvaro Neqredo, 25

"İnter" (İtaliya) - "Çelsi" (İngiltərə) - 2:1
QOLLAR: Dieqo Milito, 3; Esteban Kambiasso, 55 - Salomon Kalu, 51
0