Avroliqanın ilk 1/8 finalçısı müəyyənləşdi
24.02.2010 - 11:02
Avroliqanın ilk 1/8 finalçısı müəyyənləşdi
Avroliqanın 1/8 final mərhələsinin ilk iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Portuqaliyanın “Benfika” klubu növbəti mərhələyə darmadağınla yüksəlib.

Almaniya bundesliqasında cari mövsümdə zəif çıxış edən “Herta” klubu evdə ilk oyunda qələbə qazanmamağın acısını çəkib. 1/16 final mərhələsinin cavab görüşündə artıq ilk hissədə lazım olan qolu vuran “Benfika” bununla kifayətlənməyərək, rəqibini böyük hesabla məğlub edib.

Qeyd edək ki, “Benfika” 1/8 finalda “Marsel” – “Kopenhagen” cütünün qalibi ilə görüşəcək.

23 fevral
“Benfika” – “Herta” – 4:0

Aymar, 25, Kardozo, 48, 62, Qarsiya, 59
İlk oyun – 1:1
0