Millimizin rəqibi dağlara dırmaşır
24.02.2010 - 11:35
Millimizin rəqibi dağlara dırmaşır
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Almaniya yığmasının hazırlıq planına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Bundestimin baş məşqçisi Yoahim Löv yetirmələrini Alp dağlarına çıxarmaq fikrindədir. Alman mütəxəssis CAR-da keçiriləcək dünya çempionatında uğur qazanmaq üçün oranın iqliminə uyğunlaşmağın vacib olduğunu düşünür. Lövün özü də mundialın oyunlarını qəbul edəcək 10 stadiondan 6-nın dəniz səviyyəsindən təxminən 1500 metr yüksəkdə yerləşməsini nəzərə almaq fikrindədir. Onun sözlərinə görə, yığma turnirə Avstriyadakı dağlıq ərazilərdə hazırlaşacaq. Qrup mərhələsinin ilk oyununu dəniz səviyyəsində, üçüncünü isə dağda keçirəcək Almaniya yığması CAR-a yollandıqdan sonra hər qarşılaşmaya ayrı-ayrılıqda hazırlaşacaq.
0