Vaqif Cavadov, “Qalatasaray” və “Fənərbaxça” sevinəcəkmi?
24.02.2010 - 12:10
Vaqif Cavadov, “Qalatasaray” və “Fənərbaxça” sevinəcəkmi?
Sabah Avroliqanın 1/16 final mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, cavab görüşləri son 15 qalibin adını müəyyənləşdirəcək.

Artıq 1/8 finalda rəqibini gözləyən Portuqaliyanın “Benfika” klubunun uğurunu davam etdirməyə 30 iddiaçı arasında Türkiyənin ən titulları klubları “Qalatasaray”la “Fənərbaxça” da var. Özü də hər iki İstanbul təmsilçisinin növbəti mərhələyə çıxmaq şansı yüksəkdir. İspaniyadan sərfəli nəticə ilə dönən “Qalatasaray”a “Atletiko” ilə cavab görüşündə mərhələ keçmək üçün qolsuz heç-heçə də kifayətdir. “Fənərbaxça”ya isə Fransanın “Lill” klubu ilə ev oyununda istəyinə çatmaq üçün 1:0 hesablı qələbə də yetərlidir. Düzdür, Kristof Daumun çalışdırdığı komandanın Superliqanın son turunda “Bursaspor”la öz meydanında keçirdiyi görüşdə hesabda 2:0 irəlidə olduğu halda, sonradan üç qol buraxıb, məğlub olması azarkeşlərində narahatlıq yaradır. Hər halda, “Fənərbaxça” bundan nəticə çıxarıb, prinsipial rəqibi “Qalatasaray” kimi 1/8 finala çıxmaq şansından maksimum yararlanmalıdır.

Turnirdə azarkeşlik etdiyimiz digər komanda olan “Tvente”nin də növbəti mərhələyə çıxmaq üçün yaxşı şansı var. Hər halda, milli komandamızın hücumçusu Vaqif Cavadovu qış fasiləsində transfer edən Hollandiya klubu UEFA kubokunun ötən ilki finalçısı olan “Verder”i mübarizədən kənarlaşdırmaya yaxındır. “Tvente”yə bunun üçün Almaniyada istənilən heç-heçə, hətta minimal hesablı məğlubiyyət də yarayır. Komandanın baş məşqçisi Stiv Maklaren zədə üzündən iki aylıq itirdiyi Vaqifin Avroliqada oynadığı üçün də xidmətindən istifadə edə bilmir.

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

25 fevral
22:00. “Anderlext” – “Atletik”

İlk oyun – 1:1

22:00. “Marsel” – “Kopenhagen”
İlk oyun – 1:1

22:00. “Roma” – “Panatinaikos”
İlk oyun – 2:3

22:00. PSV – “Hamburq”
İlk oyun – 0:1

22:00. “Qalatasaray” – “Atletiko”
İlk oyun – 1:1

22:00. “Şaxtyor” – “Fulhem”
İlk oyun – 1:2

22:00. “Unirea” – “Liverpul”
İlk oyun – 0:1

00:05. “Sportinq” – “Everton”
İlk oyun – 1:2

00:05. “Valensiya” – “Brügge”
İlk oyun – 0:1

00:05. “Yuventus” – “Ayaks”
İlk oyun – 2:1

00:05. “Verder” – “Tvente”
İlk oyun – 0:1

00:05. “Volfsburq” – “Vilyareal”
İlk oyun – 2:2

00:05. “Zalsburq” – “Standard”
İlk oyun – 2:3

00:05. “Hapoel” – “Rubin”
İlk oyun – 0:3

00:05. “Fənərbaxça” – “Lill”
İlk oyun – 1:2
0