“Onu qəsdən Azərbaycanla oyuna çağırmayacağam ki...”
24.02.2010 - 12:34
“Onu qəsdən Azərbaycanla oyuna çağırmayacağam ki...”
Martın 3-də Azərbaycan milli komandası ilə yoldaşlıq oyunu keçirəcək Lüksemburq yığması ciddi problemlərlə üzləşib.

Apasport.az saytının məlumatına görə, komandamızla qarşılaşmaya hazırlıq məqsədilə Fransanın “Mets” klubu ilə qüvvəsini sınayacaq “cırtdan ölkə” təmsilçisi bir sıra aparıcı oyunçularının xidmətindən məhrumdur. Rəqibimizin baş məşqçisi Quy Hekllersi də elə bu amil narahat edir: “Ölkə xaricində legioner həyatı yaşayan futbolçulardan yalnız ikisini bugünkü qarşılaşmaya çağırmışam. Bunlar “Mets”də çıxış edən Mario Mutş və “Seban”ın üzvü Tom Laterzadır. Əzələsini dartdığı üçün iki həftəlik sıradan çıxan Joel Pedro isə heç gələn həftəki görüşdə də oynaya bilməyəcək. Çıxış etdiyi Norveçin “Kunqsvinger” klubu ilə İspaniyada təlim-məşq toplanışında olan Lars Kristian Jerson da indi bizimlə deyil. Onu qəsdən Azərbaycanla oyuna çağırmayacağam ki, qoy klubunda möhkəmlənsin”.

Qeyd edək ki, Hellers “Mets”lə oyuna çağırmadığı Jil Betmer, Qay Blez, Ceff Ştrasser, həmçinin qapıçı Conatan Juberin də yalnız gələn həftə sərəncamında olacağından da narahatdır.