“Neftçi”ni növbəti oyunlara kimin çıxaracağı müəyyənləşdi
24.02.2010 - 13:49
“Neftçi”ni növbəti oyunlara kimin çıxaracağı müəyyənləşdi
Bakının “Neftçi” klubunu qarşıdakı oyunlara məşqçilər korpusu çıxaracaq. Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Vaqif Sadıqovun istefasından sonra yeni baş məşqçi təyin olunanadək komandanı oyunlara Şakir Qəribov və Arif Əsədov çıxaracaq. Klub rəhbərliyinin tam etibar etdiyi bu məşqçilər Sadıqovun köməkçiləri idi. “Neftçi” ikisi ölkə kubokunun 1/4 finalında olmaqla növbəti 3 oyununu da “İnter”ə qarşı keçirəcək.

Qeyd edək ki, Sadıqov Unibank Premyer Liqasının XXII turunda məhz "İnter"lə (0:1) oyundan sonra istefa verib.
0