Azərbaycan yığması ilk oyununu Türkiyəyə qarşı keçirəcək
24.02.2010 - 14:05
Azərbaycan yığması ilk oyununu Türkiyəyə qarşı keçirəcək
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunun IV qrupunda oyunların təqvimi müəyyənləşib.

Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, Azərbaycan yığmasının yer aldığı qrupun matçları aprelin 14-19-da baş tutacaq. Bernard Lippertin yetirmələri ilk görüşü aprelin 14-də Türkiyə, iki gün sonra Norveçlə qarşılaşacaq. Yığmamız son oyununu aprelin 19-da İspaniyaya qarşı keçirəcək.

Qeyd edək ki, yığmamızın mübarizə aparacağı IV qrupun oyunları Türkiyədə keçiriləcək.
0