“Qalatasaray” - “Atletiko” oyununa bütün biletlər satılıb!
24.02.2010 - 14:48
“Qalatasaray” - “Atletiko” oyununa bütün biletlər satılıb!
Sabah “Qalatasaray” (Türkiyə) və “Atletiko” (İspaniya) arasında Avroliqanın 1/16 final mərhələsinin cavab görüşü çərçivəsində keçiriləcək matça biletlərin hamısı satılıb. Apasport.az saytının məlumatına görə, oyunun keçirilməsinə hətta 2 gün qalmış kassalarda bilet tapmaq müşkül məsələyə çevrilib. “Qalatasaray” rəhbərliyi qarşılaşmaya böyük maraq göstərdiyi üçün azarkeşlərə minnətdarlığını bildirib.

Artıq oyunu idarə edəcək hakimlərin də adları açıqlanıb. “Ali Sami Yen” stadionunda Bakı vaxtı ilə saat 22:00-da start götürəcək matçın baş hakimi italiyalı Canluka Roççi olacaq. Ona Renato Faverani və Andrea Stafani yardım edəcəklər. Cavab görüşündə “Cim Bom”u qolsuz heç-heçə də qane edir. Çünki ötən həftə keçirilmiş ilk qarşılaşmada “Atletiko” istanbulluların müqavimətini qıra bilməyib – 1:1.

Qeyd edək ki, “Ali Sami Yen” stadionu 22 220 tamaşaçı tutumuna malikdir.
0