Foqtsdan maraqlı açıqlama: “Hoffenhaym” Araz Abdullayevi istəyirdi...
24.02.2010 - 15:05
Azərbaycan yığmasının futbolçusu Araz Abdullayev karyerasını Almaniyada da davam etdirə bilərmiş. Bu barədə apasport.az saytının İordaniyaya ezam olunan əməkdaşı ilə söhbətində milli komandamızın baş məşqçisi Berti Foqts məlumat verib.
Onun sözlərinə görə, “Hoffenhaym” rəhbərliyi bir müddət əvvəl Abdullayevə maraq göstərib və hətta onunla müqavilə bağlamaq fikrində olub: “Amma təəssüflər olsun ki, Araz “Neftçi” klubunda heç “18”liyə salınmırdı. Bax mən də buna cavab axtarıram, “Neftçi” onu niyə ehtiyatda saxlayırdı?”
Qeyd edək ki, Araz Abdullayev hazırda Rusiya çempionu “Rubin” klubunun əvəzedici heyətində çıxış edir.

0
0