Məşhurlar Bakıda - FOTOSESSİYA
24.02.2010 - 15:56
Məşhurlar Bakıda - FOTOSESSİYA
Tanınmış rusiyalı mütəxəssislər Anatoli Bışovetslə Stanislav Çerçesov Azərbaycana gəliblər.

Apasport.az saytının AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, milli komandamızın sabiq baş məşqçisi İqor Ponomaryovun 50 illik yubiley tədbirləri əlaqədar Bakıya səfər edən rusiyalılar səbəbkarla birgə bu gün assosiasiyanın Futbol Akademiyasında olublar. Onlar burada 15 yaşlılardan yığma komandamızın üzvləri ilə görüşüblər. Rusiyalı mütəxəssislər futbolçu və məşqçi karyeraları ilə bağlı maraqlı məqamları yığmamızın üzvlərinin diqqətinə çatdırıb, onlara avtoqraf veriblər. Qonaqlar Futbol Akademiyasının şəraiti və iş sistemi ilə tanış olublar.

Qeyd edək ki, 50 illik yubileyini bu gün təmtəraqla qeyd edəcək Ponomaryov futbol üzrə yeganə Olimpiya çempionumuzdur. O, 1988-ci ildə Seul Olimpiadasında bu uğura SSRİ yığmasında nail olduğu zamanı baş məşqçisi elə Bışovets olub.
0