“Rubin” Araz Abdullayevi Azərbaycana yola salır
24.02.2010 - 16:47
“Rubin” Araz Abdullayevi Azərbaycana yola salır
Ötən həftə Rusiya Premyer Liqasının son çempionu “Rubin”nin heyətinə qoşulan Araz Abdullayev Azərbaycana qayıdır. Apasport.az saytının xəbərinə görə, futbolçu fevralın 26-da 21 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətinə qoşulacaq.

Abdullayev Avropa çempionatının seçmə mərhələsində Şotlandiya ilə qarşılaşacaq millimizin hazırlıqlarında iştirak edəcək.

Xatırladaq ki, ötən il noyabrın 11-də Bakıda komandalar arasında baş tutan ilk matçda millimiz rəqibinə 0:4 hesabı ilə uduzub. 5 turdan sonra millimiz xal toplamayıb və qrup sonuncusudur. Şotlandiya millisi isə 12 xalla qrupda ikincidir.
0