Ramazanov: 25 günə 5 qol
24.02.2010 - 17:37
Ramazanov: 25 günə 5 qol
Unibank Premyer Liqasında çıxış edən klubların nəzdində olan əvəzedici komandalar arasında ölkə birinciliyində ilkin mərhələnin sonuncu oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, 19-cu turdan təxirə salınan “Neftçi” – “Bakı” oyunu ilə birinci mərhələyə yekun vurulub. Paytaxt derbisində “ağ-qaralar” 4:2 hesabı ilə qalib gəlib. Bu qələbə ilə 3-cü pillədə möhkəmlənən “Neftçi” rəqibinin 4-cü pilləyə yüksəlməsinə imkan verməyib. Yanvarın 31-də “Neftçi”də debüt edən Ağabala Ramazanov növbəti dəfə diqqət mərkəzinə düşüb. 17 yaşlı hücumçu son 25 gündə keçirdiyi 4 matçda vurduğu qolların sayını 5-ə çatdırıb.

Qeyd edək ki, Ağabala iki dəfə ölkə çempionatının ən yaxşı bombardiri olan Zaur Ramazanovun kiçik qardaşıdır.

"Neftçi" - "Bakı" – 4:2

Qollar:
Kamil Nurəhmədov, 7; Azər Məmmədov, 62; Nicat Qurbanov, 63; Ağabala Ramazanov, 71-pen. - Tural Qürbətov, 15; Nurlan Novruzov, 19

1

"Qarabağ"

22

17

3

2

46-10

54

2

"İnter"

22

15

4

3

59-18

49

3

"Neftçi"

22

14

2

6

53-19

44

4

"Muğan"

22

13

1

8

40-24

40

5

"Bakı"

22

12

1

9

43-36

37

6

"Qəbələ"

22

12

1

9

40-28

37

7

"Xəzər Lənkəran"

22

11

3

8

35-33

36

8

"Turan"

22

10

3

9

42-47

33

9

"Olimpik-Şüvəlan"

22

6

4

12

25-42

22

10

"Simurq"

22

4

2

16

25-60

14

11

"Karvan"

22

2

4

16

14-52

10

12

"Standard"

22

1

2

19

11-64

5

0