Yığmamızın futbolçusu: Bu, şərt deyil...
24.02.2010 - 19:05
Yığmamızın futbolçusu: Bu, şərt deyil...
“Berti Foqts mənim oyunumu “Neftçi” klubunun heyətində kubok oyununda və 21 yaşlılardan ibarət yığmanın heyətində görüb. Yəqin ki, elə həmin görüşlərdə də çıxışımla onun diqqətini cəlb etmişəm”. Bunu apasport.az saytının İordaniyaya ezam olunan müxbirinə açıqlamasında ilk dəfə Azərbaycan milli komandasına çağırılan Amit Quluzadə deyib.

“Neftçi” klubunun gənc futbolçusu indiyədək ölkə çempionatında debüt etməsə də, sabah İordaniya ilə yoldaşlıq görüşündə meydana çıxa bilər. Berti Foqtsun dəvətini gözlənilməz saymayan Quluzadə bildirib ki, almaniyalı baş məşqçisinin etimadını qazanmağa çalışacaq: “Eşitmişdim ki, baş məşqçi mənim oyunumu bəyənib. Həm də, Bernard Lippert mənim haqqımda ona məlumat vermişdi. Ölkə çempionatında oynamamağıma gəlincə, nə deyə bilərəm? Həqiqətən də, Unibank Premyer Liqasında debüt etməmişəm. Bu şərt deyil. Baş məşqçi mənə yığmada şans verdi və çalışacağam ki, ümidləri doğruldum”.
0