Rəşad Sadıqov: ... buna adət etməliyik
25.02.2010 - 00:01
Rəşad Sadıqov: ... buna adət etməliyik
“İki məşq keçmişik. Böyük həvəslə məşqlərdə iştirak edirəm. Səbirsizliklə bu oyunu gözləyirdim. Allahın köməkliyi ilə var gücümlə çalışıram ki, milli komandadakı mövqeyimi qaytaram”. Bunu apasport.az saytının Əmmana ezam olunan əməkdaşı ilə söhbətində Azərbaycan yığmasının futbolçusu Rəşad Sadıqov deyib.

Bu gün milli komandamız “Kinq Abdulla” stadionunda İordaniya ilə yoldaşlıq görüşündə qüvvəsində sınayacaq. Uzun fasilədən sonra yığmamızın düşərgəsinə qatılan 27 yaşlı müdafiəçi bu oyunda qələbə qazanmaq arzundadır: “Bildiyiniz ki, İordaniya ilə görüşdən sonra Lüksemburqla üz-üzə gələcəyik. Hər bir oyuna ciddi hazırlaşıb çıxmalıyıq. Xətlərarası əlaqəni yaxşılaşdırmalıyıq. Özümüzə inamımızı artırmalıyıq. Çünki Avropa çempionatının qrup mərhələsində çox güclü komandalarla qarşılaşacağıq. Buna görə də, hər bir yoldaşlıq görüşünə qələbə qazanmaq üçün çıxmalıyıq və buna adət etməliyik”.

Milli komandamızın qitə çempionatındakı oyunlarının ardıcıllığına münasibət bildirən Sadıqovun fikrincə, ilk görüşdə güclü komandalarla qarşılaşmağın tərəfdarıdır: “Mən istərdim ki, ilk oyunu favorit komandaya qarşı oynayaq. Çünki seçmə mərhələ yeni başlayır. İlk oyunumuz Almaniyaya qarşıdır. Bu komanda dünya çempionatından gələcək. Düzdür, bilmirik ki, hansı nəticəni göstərəcəklər. Pis olsa, yəqin ki heyətlərində problem olacaq. Yaxşıdır ki, bu il ilk oyunumuz səfərdə almanlara qarşıdır. Ötən mərhələdə Bundestimdən xal ala bilmədik. İnşallah bu dəfə onlardan Bakıda xal ala biləcəyik. Avstriya ilə də səfərdə ağır oyun keçəcək. Bununla belə, fikrimcə, təqvim yaxşıdır”.
0