Branimir Subaşiç Ukrayna klubunda!
                    
                    25.02.2010 - 00:04
                        
                    
                        
                        Azərbaycan yığmasının futbolçusu Branimir Subaşiç karyerasını Ukraynada davam etdirə bilər. Apasport.az saytının xəbərinə görə, milliləşdirilən serbiyalı hücumçu “Krivbass” klubunda baxışdadır. “Krivbass” hazırda Türkiyədə təlim-məşq toplantısındadır. Subaşiçin bu komandada qalıb-qalmayacağı bilinmir.
                        
                    
                    
                                
                                0
                                
                                0