“Kamran Ağayev yaxşı pleymeykerdir”
26.02.2010 - 03:01
“Kamran Ağayev yaxşı pleymeykerdir”
Azərbaycan yığmasının heyətində debüt oyununda İordaniyaya qol vuran Əfran İsmayılovun apasport.az saytına müsahibəsi

- Milli komandada debütündən razı qaldın?
- Razı qaldın deyəndə ki, komanda qələbə qazandı. Düzdü mən də qol vurdum. Amma mənim üçün bunun fərqi yoxdur. əsas odur ki qələbə qazandıq. Öz oyunuma gəlincə, deyə bilərəm ki razı qaldım. Amma fiziki cəhətdən yox.

- Yığmada keçirdiyin ilk oyunda qol vuracağını gözləyirdin?
- Bu barədə heç düşünməmişdim.

- Millidə debüt etsən də, çox rahat oynadın...
- Çünki yığmada 8-9 nəfər “Qarabağ” klubunda bir yerdə oynadığım futbolçular yer almışdı. Heç 1 qram da həyəcanlanmadım. Hamısı tanış uşaqlar olduğundan, fikrimcə oyunum yaxşı alındı.

- Heç yuxunda da qol vuracağını görməmişdin?
- Yuxuda görməmişdim, amma çox arzulayırdım ki qol vurum.

- Özünü artıq milli komandanın əsas heyət futbolçusu saya bilərsən?
- Mən indidən nəsə deyə bilmərəm. Qərarı baş məşqçi verəcək.

- Son vaxtlar sənin üçün uğurlu oldu: Həm dekabrda ayın futbolçusu seçildin, həm mükafat aldın, həm yığmaya çağırıldın, həm də qol vurdun...
- Mən öz oyunumu oynayıram. Düşərli olub-olmaması barədə düşünmürəm. Hamısı öz oyunumun nəticəsidir. Bu gün qol vurmağıma gəlincə, onu deyə bilərəm ki, Kamran Ağayev yaxşı pleymeykerdir.