İraq millisindən 5 dəfə qovulan məşqçi Azərbaycan futbolçularını təriflədi
                    
                    26.02.2010 - 10:24
                        
                        Azərbaycan milli komandası ilə yoldaşlıq oyununda 0:2 hesabı ilə məğlub olan İordaniya yığmasının baş məşqçisi Adnan Hamad yetirmələrindən narazı qalıb.
Apasport.az saytının məlumatına görə, 49 yaşlı iraqlı mütəxəssis Əmmandakı matçın nəticəsinin ədalətli olduğunu düşünür. AFFA-nın rəsmi internet saytına açıqlama verən Hamad Azərbaycan yığmasının qələbəyə daha layiq olduğunu etiraf edib: “Azərbaycan millisi yaxşı oyun nümayiş etdirdi və layiqli qələbə qazandı. Biz isə demək olar ki, öz oyunumuzu göstərə bilmədik”.
Qeyd edək ki, Hamad karyerası ərzində 5 dəfə İraq milli komandasının baş məşqçisi təyin olunmaqla özünə məxsus rekord müəyyənləşdirib. Lakin o, heç vaxt 1 ildən artıq bu postda qalmayıb.

                                0
                                
                                0