Fabio Luis Ramim milli komandamızın bombardirinə çatdı
26.02.2010 - 11:34
“Bakı” klubunun futbolçusu Fabio Luis Ramim Azərbaycan milli komandasının rekordunu təkrarlayıb. Apasport.az saytının hesablamalarına görə, 29 yaşlı yarımmüdafiəçi İordaniya yığması ilə yoldaşlıq oyununun 1-ci dəqiqəsində qol vurmaqla millimizin tarixində ən erkən qolun müəllifi adına şərik olub.
Braziliyalının mütləq rekorda imza atdığı iddia olunsa da, əslində o, millimizin tarixində ilk dəqiqədə qol vuran yeganə oyunçu deyil. Lakin bir fakt var ki, futbolçularımız Ərəbistan yarımadasında erkən qol vurmağı xoşlayır. Belə ki, bir il əvvəl fevralın 11-də də ilk dəqiqədə millimiz qol sevincini Asiyada yaşamışdı. Həmin vaxt Küveyt yığmasının qonağı olan futbolçularımız elə ilk hücumda hesabı açmışdı. Birinci dəqiqədə vurulan qolun müəllifi Vaqif Cavadov olmuşdu. Təxminən bir il sonra isə Fabio Vaqifin uğurunu təkrarladı.
Lakin 1992-ci ildən indiyədək keçirilən 162 oyun ərzində dəfələrlə ilk dəqiqədə topu qapısında görən komandamızın erkən qolları son bir ildəki Ərəbistan səfərləri ilə məhdudlaşmır. Yığmamızın tarixində ən çox qol vuran Qurban Qurbanov da ilk dəqiqədə komandamızı irəli çıxarmağı bacarıb. O, 11 il əvvəl - 1999-cu il martın 6-da Kiprin Larnaka şəhərində baş tutan yoldaşlıq görüşündə Estoniya yığmasını məyus edib. 2:2 hesabı ilə bitən həmin matçın birinci hissəsində Lıçkin penaltidən fərqi artırsa da, fasilədən sonra estoniyalılar iki tarazlığı bərpa edə bilib.
Qeyd edək ki, Qurbanovla Cavadovun qollarının saniyəsi dəqiq bilinmədiyindən, onlarla 46-cı saniyədə fərqlənən Fabionun müqayisəsi mümkünsüzdür.

0
0