Avroliqa mənzərəsi: Roma şokda, İstanbul hüzndə
26.02.2010 - 12:15
Avroliqa mənzərəsi: Roma şokda, İstanbul hüzndə
Avropanın nüfuzuna görə ikinci klub turniri sayılan Avroliqada bütün 1/8 finalçılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu mərhələdə Türkiyə komandalarına rast gəlmək müşkül məsələyə çevriləcək. Çünki qardaş ölkənin təmsilçiləri - həm “Qalatasaray”, həm də “Fənərbaxça” 1/16 finalda mübarizəni dayandırıb. Ən gözlənilməz nəticə isə Romada qeydə alınıb. İtaliya paytaxtının eyniadlı komandası “Panatinaikos”a uduzaraq, yarışla erkən vidalaşıb.

Avroliqa, 1/16 final
25 fevral


“Anderlext” - “Atletik” - 4:0

İlk oyun - 1:1

“Marsel” - “Kopenhagen” - 3:1
İlk oyun - 1:1

“Roma” - “Panatinaikos” - 2:3
İlk oyun - 2:3

PSV - “Hamburq” - 3:2
İlk oyun - 0:1

“Qalatasaray” - “Atletiko” - 1:2
İlk oyun - 1:1

“Şaxtyor” - “Fulhem” - 1:1
İlk oyun - 1:2

“Unirea” - “Liverpul” - 1:3
İlk oyun - 0:1

“Sportinq” - “Everton” - 3:0
İlk oyun - 1:2

“Valensiya” - “Brügge” - 3:0
İlk oyun - 0:1

“Yuventus” - “Ayaks” - 0:0
İlk oyun - 2:1

“Verder” - “Tvente” - 4:1
İlk oyun - 0:1

“Volfsburq” - “Vilyareal” - 4:1
İlk oyun - 2:2

“Zalsburq” - “Standard” - 0:0
İlk oyun - 2:3

“Hapoel” - “Rubin” - 0:0
İlk oyun - 0:3

“Fənərbaxça” - “Lill” - 1:1
İlk oyun - 1:2

23 fevral

“Benfika” - “Herta” - 4:0

İlk oyun - 1:1

1/8 final

“Rubin” - “Volfsburq”
“Lill” - “Liverpul”
“Valensiya” - “Verder”
“Yuventus” - “Fulhem”
“Benfika” - “Marsel”
“Atletiko” - “Sportinq”
“Hamburq” - “Anderlext”
“Panatinaikos” - “Standard”

Qeyd: İlk oyunlar martın 11-də, cavab görüşləri isə bundan 1 həftə sonra baş tutacaq.