Milli komandamız 12 illik uğursuz seriyasını qırdı
26.02.2010 - 12:38
Milli komandamız 12 illik uğursuz seriyasını qırdı
Azərbaycan milli komandası 12 illik uğursuz seriyasına son qoydu. Apasport.az saytının hesablamalarına görə, milli komandamız nəhayət, yeni ildə ilk oyununda qələbə qazana bildi.

Berti Foqtsun baş məşqçisi olduğu yığmamız buna İordaniya yığması ilə səfərdə keçirdiyi yoldaşlıq görüşündə 2:0 hesabı ilə qalib gəlməklə nail oldu. Tarixi 1992-ci ildən başlayan milli komandamız adətən ildə ilk oyunlarını uğursuz keçirir. Təsadüfi deyil ki, İordaniya ilə görüşə qədər keçirilən 17 ilk görüşdən yalnız 3-də qalib gəlmişik, 7-si heç-heçə, 7-si məğlubiyyətlə nəticələnib.

2006-cı ildən başlayaraq yığmamız ilk oyunlarında heç-heçələri sıralayırdı. Komandamız sonuncu dəfə yeni ilə qələbə ilə 1998-ci il martın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda Moldova yığması ilə yoldaşlıq oyunundakı (1:0) nəticə ilə başlamışdı. Həmin görüşdə qələbə qolunun müəllifi hazırda Yevlaxın “Karvan” klubunun baş məşqçisi olan veteran yarımmüdafiəçi Yunis Hüseynov olub. İordaniya yığması ilə oyunda qələbəni da orta sahə oyunçuları – milliləşən braziliyalı Fabio Luis Ramim (“Bakı”) və Əfran İsmayılovun (“Qarabağ”) vurduğu qollar gətirib.

Qeyd edək ki, milli komandamızın yeni ildə ilk oyunları daha çox yoldaşlıq görüşü olub.

1992-ci il
17 sentyabr. Gürcaani. Yoldaşlıq görüşü. Gürcüstan – Azərbaycan 6:3

1993-cü il
25 may. Gəncə. Yoldaşlıq görüşü. Azərbaycan – Gürcüstan 1:0

1994-cü il
19 aprel. Ta Qali. Yoldaşlıq görüşü. Malta – Azərbaycan 5:0

1995-ci il
29 mart. Koşitse. Avropa çempionatının seçmə mərhələ oyunu. Slovakiya – Azərbaycan 4:1

1996-cı il
15 fevral. Larnaka. Yoldaşlıq görüşü. Estoniya – Azərbaycan 0:0

1997-ci il
1 mart. Larnaka. Yoldaşlıq görüşü. Azərbaycan – Estoniya 0:2

1998-ci il
22 mart. Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Moldova 1:0

1999-cu il
6 mart. Larnaka. Yoldaşlıq görüşü. Azərbaycan – Estoniya 2:2

2000-ci il
6 fevral. Ta Qali. Beynəlxalq turnir. Malta – Azərbaycan 3:0

2001-ci il
15 fevral. Albena. Yoldaşlıq görüşü. Özbəkistan – Azərbaycan 2:1

2002-ci il
20 fevral. Sofiya. YO. Bolqarıstan – Azərbaycan 3:0

2003-cü il
12 fevral. Podqoritsa. Avropa çempionatının seçmə mərhələ oyunu. Serbiya və Çernoqoriya – Azərbaycan 2:2

2004-cü il
18 fevral. Ramat – Qann. Yoldaşlıq görüşü. İsrail – Azərbaycan 6:0

2005-ci il
21 yanvar. Yoldaşlıq görüşü. Trinidad və Tobaqo – Azərbaycan 1:0

2006-cı il
28 fevral. Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Ukrayna 0:0

2007-ci il
7 fevral. Karşi. Yoldaşlıq görüşü. Özbəkistan – Azərbaycan 0:0

2008-ci il
3 fevral. Antalya. Yoldaşlıq görüşü. Azərbaycan – Qazaxıstan 0:0

2009-cu il
1 fevral. Dubay. Yoldaşlıq görüşü. Azərbaycan - Özbəkistan 1:1

2010-cu il
25 fevral. Əmman. Yoldaşlıq görüşü. İordaniya – Azərbaycan – 0:2