Futbolçularımız Norveç klubuna qarşı
26.02.2010 - 12:47
Qadınlardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirəcək. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, Şamil Heydərovun yetirmələri Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində ilk matçına bu gün çıxacaq.
Komandamız Norveçin “Floya” klubu ilə üz-üzə gələcək. Tromse şəhərini təmsil edən bu komanda ölkə çempionatının güclülər dəstəsində çıxış edir. Ötən il yarışı 8-ci yerdə başa vuran “Floya”nın tarixində ən böyük uğuru Norveç çempionatının bürünc mükafatını qazanmaq olub. Tromselilər buna 6 il əvvəl nail olub.
Qeyd edək ki, bugünkü matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0