Milli komandamızın heyəti açıqlandı
27.02.2010 - 11:47
Milli komandamızın heyəti açıqlandı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis Oliver Pelzer növbəti təlim-məşq toplanışında sınayacağı oyunçuların adlarını müəyyənləşdirib.

O, martın 2-dən 11-ə qədər Kiprdə keçiriləcək hazırlıqlara 25 futbolçu aparmağa qərar verib. Pelzer Azər Abbasov, Elşən Abdullayev, Emil Balayev, Samir Əhmədov, Nihad Ələsgərov, Rəşad Əzizov, Ramazan Həsənov, Məqsəd İsayev, Elnur İsmayılov, Tural Məmmədli, Bəxtiyar Məsiməliyev, Cavid Muxtarzadə, Fariz Ramazanov, Ruslan Sorokin, Rəsul Teymurxanlı, Haqverdi Yusifov, İsa Zeynallı, Vadim Abdullayev, Oruc Balaşlı, Teymur Quliyev, Elvar İsmayılzadə, Cavidan Qazıyev, Mirəli Seyfiyev, Bəylər Turabov və Abasət Cəfərovu U-17-ə dəvət edib.

Qeyd edək ki, yığmamız Kiprdə yoldaşlıq oyunları da keçirəcək.