Lena Azərbaycan futbolçuları ilə görüşü unutmayacaq - FOTO
27.02.2010 - 12:00
Norveçli futbolçu Lena Mari Rasmussen qadınlardan ibarət Azərbaycan milli komandası ilə oyunu uzun müddət unuda bilməyəcək. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində yığmamızla qarşılaşan “Floya” klubunun yarımmüdafiəçisi görüş zamanı ciddi xəsarət alıb.
Xaçvari bağları qırılan Rasmussen elə aldığı zədə üzündən oyunun 85-ci dəqiqəsində əvəzlənib. Xanım futbolçu meydanı da komanda yoldaşı və həkimin köməyi ilə tərk edib. Belə ciddi zədədən sonra Lenanın futbola nə vaxt qayıdacağı da qeyri-müəyyəndir.
Qeyd edək ki, “Floya” Azərbaycan yığmasını 3:0 hesabı ilə məğlub edib.

- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0