“Azərbaycan yığmasını 10:0 hesabı ilə udmalı idik”
27.02.2010 - 12:31
Qadınlardan ibarət Azərbaycan milli komandası Norveç mətbuatında özü haqda fikir formalaşdıra bilib. Apasport.az saytının məlumatına görə, skandinaviyalılar Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində bu ölkənin “Floya” klubu ilə görüşən yığmamızın çox zəif olduğunu düşünür.
Şimallıların 3:0 hesabı ilə qalib gəldiyi matçla bağlı fikirlərini açıqlayan norveçli həmkarlarımız bu hesabın ədalətli olmadığını düşünür: “Oyun 3:0 hesabı ilə deyil, 10:0 bitməli idi. Təkcə qapıya zərbələrdə üstünlük 14:1 idi. FİFA reytinqində 58-ci olmasına baxmayaraq, Azərbaycan yığması Norveç çempionatının ikinci dəstəsi səviyyəsində bir komandadır”.
Lakin böyük üstünlüyə baxmayaraq, “Floya” yığmamızın müqavimətini orta və uzaq zərbələrlə qıra bilib. Matçın 15-ci dəqiqəsində Elin Yohanson 18 metrdən endirdiyi zərbə ilə hesabı açıb. 33-cü dəqiqədə fərqi artıran Liza Mari Karlson isə daha uzaqdan fərqlənib. Final fitinə 5 dəqiqə qalmış İnqrid Mortensen cərimə meydanının küncündən – 16 metrdən qapını dəqiq nişan alıb.

0
0