“Bizim futbolçular qələbənin təsirindən ayılmamışdılar”
27.02.2010 - 13:03
“Azərbaycan yığması ilə oyun çətin keçdi. Onlar görüşə ciddi hazırlaşmışdılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri 15 yaşadək futbolçulardan ibarət Rusiya milli komandasının baş məşqçisi Andrey Talalayev deyib.
Gənc mütəxəssis Azərbaycan yığması ilə bu gün keçirilən yoldaşlıq oyununda yetirmələrindən narazı qalıb. “Şəfa” stadionundakı qarşılaşmadan sonra AFFA-nın rəsmi internet saytına açıqlama verən Talalayev 1:1 hesabı ilə bitən matçda yığmamızın da yaxşı oynadığını bildirib: “Bizim futbolçular birinci oyunda qazandığımız 2:0 hesablı qələbənin təsirindən ayılmamışdılar. Hər iki komandanın qələbə topunu vurmaq üçün imkanları oldu. Müəyyən epizodlarda yaxşı oynadıq. Amma pis oynadığımız məqamlar da az deyildi. Azərbaycan yığması bu dəfə daha yaxşı təsir bağışladı”.

0
0