Azərbaycan yığmasının problemi nədir?
27.02.2010 - 13:15
15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Təbriz Həsənov Rusiya yığması ilə bu gün keçirilən oyunun nəticəsindən narazı qalıb. Apasport.az-ın məlumatına görə, “Şəfa” stadionundakı qarşılaşmadan sonra açıqlama verən mütəxəssis matçın 1:1 hesabı ilə başa çatmasına təəssüflənir.
Yetirmələrindən tam razı qalmayan Həsənov millidəki problemlərin hələ də qaldığın etiraf edib: “Bu gün qələbə qazanıb, revanş almaq istəyirdik. Təəssüf ki, bunu bacarmadıq. Halbuki qələbə topunu vura bilərdik. Birinci oyunla müqayisədə uşaqlar bu gün daha yaxşı çıxış etdilər. Tam əla oynadığımızı da deyə bilmərəm. Çatışmazlıqlar var. Onları aradan qaldırmağa çalışacağıq”.

0
0