“Valerenqa” və “Brann” Ruslan Abışovu çağırır
27.02.2010 - 13:54
Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov karyerasını Norveçdə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bu ölkənin “Valerenqa” və “Brann” klubları 23 yaşlı müdafiəçini transfer etmək istəyir.
Bu səbəbdən Skandinaviya təmsilçilərinin hər ikisi Ruslanın hazırda məxsus olduğu “Neftçi” klubuna rəsmi dəvət də göndərib. “Valerenqa” rəhbərliyi müdafiəçini baxışa çağırır ki, yalnız özünü göstərəcəyi halda, onunla müqavilə imzalanacaq. Norveç paytaxtı Oslonu təmsil edən klubun nümayəndəsi martın 3-də Lüksemburqda keçirilən yoldaşlıq oyununa da ezam olunacaq. O, millimizin meydan sahibləri ilə yoldaşlıq görüşündə Abışovun oyununu izləyəcək. Abışovun elə həmin qarşılaşmayadək seçim edib matçdan sonra iki klubdan birinin düşərgəsinə yollanacağı gözlənilir.
Qeyd edək ki, “Valerenqa” 5 (1965, 1981, 1983, 1984 və 2005), “Brann” 3 dəfə (1961/62, 1963 və 2007) Norveç çempionu adını qazanıb.

0
0