Araz Abdullayev: Ehtiyatda qalmağımın səbəbini rəhbərlikdən soruşun...
27.02.2010 - 14:08
Araz Abdullayev: Ehtiyatda qalmağımın səbəbini rəhbərlikdən soruşun...
“Rusiyanın “Rubin” klubu ilə nə vaxt müqavilə imzalayacağım hələ dəqiqləşməyib. Bu məsələyə aprelin 18-dən sonra aydınlıq gələcək”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayev deyib.

İkiqat Rusiya çempionu Kazanın “Rubin” klubunun transfer siyahısında yer almasına baxmayaraq, hələ də “Neftçi”də əsas heyət oyunçusu olmamasının səbəbini 18 yaşlı yarımmüdafiəçinin özü də bilmir: “Neftçi”də ehtiyatda qalmağımla bağlı suala klub rəhbərliyi cavab versə yaxşıdır. Bunun səbəbini onlar bilər. Hazırda 21 yaşadək futbolçulardan ibarət yığmanın düşərgəsinə gedirəm. Bu komanda ilə Avropa çempionatının seçmə mərhələsinin Şotlandiya ilə görüşündə milliyə kömək edəcəyəm”.