Vaqif Sadıqov “atdığı” komandaya qayıtmaq istəyir
27.02.2010 - 23:43
“Dəvət olsa, Azərbaycan yığmasında baş məşqçi Berti Foqtsun əsas köməkçisi vəzifəsinə qayıda bilərəm”. Bu sözləri Lent.az-a açıqlamasında “Neftçi” klubunun baş məşqçi postundan bir həftə öncə istefa verən Vaqif Sadıqov deyib.
Sadıqov “Neftçi”yə baş məşqçi təyin olunanadək yığmamızda çalışıb. O, baş məşqçi Berti Foqstun əsas köməkçisi olub. Lakin Sadıqov flaqmanın sükanı arxasına keçdikdən sonra Foqtsa yeni yerli köməkçi məşqçi təyin olunmayıb. Almaniyalı mütəxəssis bir neçə mütəxəssislə danışıqlar aparıldığını desə də, indiyədək bu məsələ həllini tapmayıb. Sadıqov isə yığmada istənilən vəzifədə can-başla çalışmağa hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, Vaqif Sadıqov Unibank Premyer Liqasının 22-ci turunda “İnter”ə 0:1 hesablı məğlubiyyətdən sonra istefa verib. Onun rəhbərliyi altında “Neftçi” “ilk 6-lığ”a vəsiqə qazanıb. Sadıqov istefasını “Neftçi”ni çempion edə bilməyəcəyi ilə əlaqələndirib.

- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0