“Berti Foqts məsləhət bilərsə...”
28.02.2010 - 00:22
“Milli komanda təsəvvür etdiyim kimidir”. Apasport.az saytının xəbərinə görə, bunu “Standard” klubundan Azərbaycan yığmasına çağırılan Fərid Quliyev deyib.
İlk dəfə yığmaya dəvət alan futbolçu AFFA-nın rəsmi saytına açıqlamasında bildirib ki, millidə yüksək tələbkarlıq və məsuliyyət tələb olunur: “Elə bu səbəbdən də millinin heyətində ilk dəfə meydana çıxanda bir qədər həyəcanlı idim. Lakin ilk anda vurulan qoldan sonra xeyli sakitləşdim. Baş məşqçi Berti Foqts məsləhət bilərsə, növbəti oyunumuzda da millinin şərəfini layiqincə qorumağa hazıram”.
Qeyd edək ki, millimiz növbəti yoldaşlıq oyununu martın 3-də Bakı vaxtı ilə saat 23:00-da Lüksemburqda yerli yığmaya qarşı keçirəcək.

0
0