Əfran İsmayılov İordaniyaya qol vuranda niyə sevinməyib?
28.02.2010 - 00:33
Milli komandanın heyətində ilk dəfə meydana çıxmasına baxmayaraq həyəcansız oynayan “Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılov bunun səbəbini açıqlayıb. Apasport.az-ın AFFA-nın saytına istinadən xəbərinə görə, İsmayılov fikrini belə izah edib: “Ürəyim daimi milli komanda ilə birlikdə döyündüyündən millidə oynamağa mənəvi cəhətdən hazır idim. Elə bu səbəbdən də milli ilə klubun məşqləri arasında müəyyən fərqlərin olmasına baxmayaq, ilk andan buna öyrəşdim. Millinin heyətində keçirdiyim birinci oyunda qol vurmağıma baxmayaraq, o qədər də sevinmədim. Çünki hesab edirəm ki, rəsmi oyunlarda vurduğum qoldan daha çox sevinməyə mənəvi haqqım olar. Milli komandada yaradılan bütün şəraitdən razılığımı bildirməklə qeyd etmək istərdim ki, bütün bunlar millimizin qələbələrinə zəmin yaradır”.
0
0