“Quzunu tonqalda bişirib yemək daha ləzzətlidir” - MÜSAHİBƏ
28.02.2010 - 03:01
«İnter»in heyətində çıxış edərkən o, çempionatın ən yaxşı futbolçularından, Azərbaycana gəlib-getmiş səviyyəli legionerlərdən biri hesab olunurdu. Amma «Neftçi»yə transfer olunandan sonra Valter tamamilə gözdən itdi. Artıq bir çoxları onun əvvəlki formasını bərpa edə bilməyəcəyini iddia edir. Hətta bəzilərinin fikirincə, «Neftçi» onunla tezliklə vidalaşmalıdı. Bəs Valter Quqlemon özü necə düşünür? Uruqvaylı legionerlə müsahibədə bir çox suallara cavab tapacaqsız.
- Uruqvaydan uzaq Azərbaycana gələn Valter kimdi?
- 1979-cu ildə, aprelin 12-də Uruqvayın Sante şəhərində doğulmuşam. Uşaqlığım elə orda keçib. Kiçik yaşlarımda valideynlərim futbola olan marağımı görüb, məni yerli komandanın uşaq futbol məktəbinə qoydular. Futbolun sirlərinə də orda yiyələnmişəm. Ancaq əsas futbol həyatım Montevideonun “Nasional” klubuyla bağlıdı. Uzun müddət burda oynamışam. Bu klub Cənubi Amerikanın və Uruqvayın ən güclü komandalarından biridi. Tez-tez Libertadores Kubokunda mübarizə aparırlar. Daha sonra Azərbaycana gəldim. Bundan o tərəfi isə artıq sizə məlumdu.
- Yəqin Azərbaycan haqda nəsə bilmirdin.
- Düzü, heç nə bilmirdim. Sadəcə, Xəzər dənizi haqda müəyyən məlumatlarım vardı. Həm də bu ərazidə olan ölkələrin Əfqanıstan kimi bir yer olduğunu zənn edirdim. Fikirləşirdim ki, bu ölkələrdə aclıq, səfalət baş alıb gedir, həmçinin, tez-tez müharibələrin, qarşıdurmaların olduğunu fikirləşirdim. Ancaq Azərbaycana gələndən sonra yanıldığımı gördüm. Hətta Uruqvaydakı dostlarım da məni bura gəlməyə qoymurdular. Həyatımın təhlükədə olduğunu bildirirdilər. Ancaq yaxşı ki, düz qərar verdim və Azərbaycanı seçdim.
- Necə oldu ki, «İnter»i «Neftçi»yə dəyişdin?
- Hər bir futbolçu öz səviyyəsini yüksəltmək üçün iddialı, adlı-sanlı klubda oynamaq istəyir. Mənim də ən böyük istəyim bu idi. İki il “İnter”də oynadım. Ancaq “Neftçi”dən təklif gələndə məmnuniyyətlə qəbul etdim. Çünki bu komanda Azərbaycanın ən qocaman və həmişə çempionluq uğrunda mübarizə aparan bir klubudu. Üstəlik, ölkədə azarkeşlər arasında da ən çox sevilən komandadı. Bütün bu amilləri nəzərə alaraq, “Neftçi”də oynamağa qərar verdim.
- Amma işlərin heç də uğurlu getmir. «İnter»in liderlərindən biri olsan da, «Neftçi»də heç əsas heyətə də düşə bilmirsən.
- Bilirsiz, düzünü deyim ki, komandaya gec uyğunlaşdım. Əsas heyətə düşməməyimdə bunun rolu çox oldu. Ancaq daim öz üzərimdə çalışıram. Üstəlik, həmişə də oyuna çıxmağa hazıram. Baş məşqçi nə vaxt şans versə, çıxıb öz oyunumu oynayacam.
- «Bankirlər»in heyətində tez-tez qol vururdun. Belə getsə, deyəsən, bu bacarığını yadırğayacaqsan…
- Yox, belə olmayacaq. Düzdü, az qol vururam, ancaq əsas mənim qol vurmağım yox, komandanın uğurlu çıxış etməsidi. Futbol kompüter oyunu deyil ki, tez-tez qol vurasan. Qol vura bilməməyimin əvvəlki formamdan uzaq olmağımla əlaqələndirilməsi düzgün yanaşma deyil.
- Bəlkə Vaqif Sadıqovun sxemi sənin oyun üslubuna uyğun gəlmirdi?
- Bunu dəqiq deyə bilmərəm. Mən məşqçilərin işinə qarışmıram. Sadəcə, məşq edirəm və mənə şans verilməsini gözləyirəm.
- Sadıqovun istefasını necə qiymətləndirirsən?
- Bu, rəhbərliklə məşqçinin öz işidi. Məşqçi işlədiyi komandada uğur qazanmırsa, oranı tərk etmək ən uyğun variantdı. Ancaq mənim fikrimə görə, Sadıqov qalıb işləməliydi.
- Hazırda komanda Arif Əsədovun ixtiyarına verilib. Onu necə tanıyırsan, «Neftçi»də uğur qazana bilər?
- Əlbəttə, qazanar. Əminəm ki, sonda hər şey yaxşı olacaq. Arif müəllim gənc olsa da, savadlı məşqçidi. İnanıram ki, onun rəhbərliyi altında çempion olacağıq.
- Deməli, çempion olmaq istəyirsən. Bəs fikirləşmirsən ki, indiki şəraitdə bu işin öhdəsindən gəlmək çox çətindi?
- Bilirsiz, mən “Neftçi”nin gücünə bələdəm. Sizi inandırım ki, çempion ola bilərik. Sadəcə, özümüzə inanmalı və meydana çıxıb rahatca oyunumuzu oynamalıyıq.
- Axı «altılıq»da zəif klub yoxdu…
- Razıyam, «altılıq»da olan komandalar çox güclüdü. Hətta, «Qəbələ» də bizə başağrı ola bilər. Ancaq öz oyunumuzu oynasaq, qarşımızda heç kim dura bilməyəcək. Yenə deyirəm, sonda çempion biz olacağıq, buna əmin olun.
- Elə isə de görək, çempionluq yolunda hansı komandaları əsas rəqib hesab edirsən?
- Yalnız «Qarabağ» və «Xəzər Lənkəran» bizə müqavimət göstərə bilər. Onların heyəti daha güclüdü. Ancaq onlar da bizə mane ola bilməyəcək. Sadəcə, hər bir rəqibi diqqətlə araşdırmalı, onların zəif cəhətlərini ortaya çıxarmalı və ondan maksimum istifadə etməliyik.
- Üç ildi Azərbaycandasan. Premyer-Liqanın səviyyəsində dəyişiklik hiss edirsən?
- İldən-ilə Premyer-Liqanın səviyyəsi yüksəlir. Üstəlik, son vaxtlar daha səviyyəli transferlərin gerçəkləşdirilməsi bu tendensiyanın davam edəcəyinə təminat verir.
- İki il “İnter”də oynadın, komandanın liderlərindən oldun. Ancaq indi “Neftçi”dəsən və əksər vaxt ehtiyatda oturursan. «İnter»də xoşbəxt idin, yoxsa «Neftçi»də rahatsan?
- Mənim işim futbol oynamaqdı. Ümumilikdə, Azərbaycana gəldiyim üçün xoşbəxtəm. O ki qaldı klublara, hər ikisində xoşbəxt olmuşam. “Neftçi”yə keçdiyimə görə peşman deyiləm. Amma “İnter”də də özümü rahat hiss edirdim. Orda mənim çoxlu dostlarım var.
- Hansısa bölgə komandasından təklif alsan, paytaxtı tərk edərsən?
- (gülür) Bölgə komandalarında heç vaxt oynamaram. Ordakı yaşayış tərziylə paytaxtın yaşayış tərzi tam başqadı. Bakıda qalmağa daha çox üstünlük verirəm. Üstəlik, ailəm də burda mənimlə yaşayır. Övladlarım məktəbə gedir. Ona görə də Bakını tərk edib, bölgə klublarında oynamaq haqda düşünmürəm.
- Bakıyla Montevideonu müqayisə etsən, hansını daha gözəl şəhər hesab edərsən?
- Mənim üçün Uruqvayın paytaxtı daha gözəldi. Ancaq Bakı da ondan geri qalmır. Montevideodan fərqli, Bakı daha sakit şəhərdi. Burda avtomobilin içinə çanta və ya pul qoyub, rahat bir yerə gedə bilərsən. Heç kim ona əl vurmayacaq. Ancaq bizdə elə deyil. Gəlib görəcəksən ki, şüşəni sındırıblar, maşında nə var yığıb aparıblar. Üstəlik, qadınlar əlində çanta küçədə rahat gəzə bilmirlər. Amma Bakıda həyat yoldaşım çantanı qoluna salıb rahatca istədiyi yerə gedə bilir.
- Azərbaycan mətbəxinə öyrəşə bilmisən?
- Yeməklərinizin çoxunun dadına baxmışam. Ancaq kabab üçün ürəyim gedir. Xüsusən də dərisi soyulmuş quzunu tonqalda bişirib yemək daha ləzzətlidi.
Mənbə: “KomandA” qəzeti

0
0