Yığmamızın qapıçısı klublarımıza qarşı çıxdı
28.02.2010 - 00:56
“Milli komanda daha çox bir yerdə olanda, futbolçular arasında münasibətlər xeyli yaxşılaşır”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan yığmasının və “Qarabağ” klubunun qapıçısı Fərhad Vəliyev deyib.
Milli komandanın rəsmi oyunlara daha yaxşı hazırlaşması üçün toplanışların və yoxlama oyunlarının mütəmadi keçirilməsinin vacibliyini bildirən Vəliyevin fikrincə, gündə iki dəfə məşq və yoxlama oyunları futbolçuların peşəkarlığını artırmaqla yanaşı, rəsmi oyunlara hazırlığını da yüksəldir: “Baş məşqçi Berti Foqtsun yaratdığı mühit futbolçuları bir-birinə daha da doğmalaşdırır və yeni-yeni qələbələrə ruhlandırır. Bu mənada millinin toplanışlarının və yoxlama oyunlarının mütəmadi keçirilməsinin tərəfdarıyam”.
Qeyd edək ki, Vəliyevdən fərqli, Unibank Premyer Liqasında mübarizə aparan bəzi klublar milli komandanın tez-tez toplanış keçirməsinə qarşı çıxır.

0
0