“Aleksandr Tomaş FİFA-ya şikayət etməklə, özünə problem yaradır”
28.02.2010 - 16:11
“Bakı” klubunun sabiq futbolçusu Aleksandr Tomaş FİFA-ya şikayət edib. Apasport.az saytının xəbərinə görə, hazırda Bolqarıstanın “Slaviya” komandasının üzvü sayılan müdafiəçi ikiqat Azərbaycan çempionunu özünə məxsus transfer vərəqini verməməkdə günahlandırıb. Tomaş “Bakı”dan transfer vərəqini ala bilmədiyi üçün hələ yeni klubunda debüt edə bilməyib. O, ən yaxşı yalnız ikinci dövrədə oynaya biləcək.
Məsələyə “Bakı” rəhbərliyi münasibət bildirib. Klubunun icraçı-direktoru Yaşar Seyidov Tomaşa başqa komanda ilə müqavilə imzalamaq səlahiyyəti verilmədiyini söyləyib. O, klubun saytına açıqlamasında vurğulayıb ki, bu futbolçu ilə heç bir anlaşılmazlıq yoxdur: “Onun hərəkətləri bizi təəccübləndirir. Aleksandr FİFA-ya şikayət etməklə, özünə problem yaradır. Tomoş bizim oyunçumuzdur. İcazəmiz olmadan başqa klubla müqavilə imzalaya bilməz. FİFA hüquq departamentindən aldığımız sənədə görə Tomaş "Bakı" klubu ilə müqaviləsi barədə yanlış məlumat verib. Müqaviləsi olduğu halda digər klubla sənəd imzalamaq onun peşəkar səviyyəsini şübhə altına alır. FİFA-dan olan həmkarlarımız da bu məntiqlə tam razı olduqlarını bildirilər".

0
0