21 futbolçumuz Britaniyaya getdi
01.03.2010 - 09:44
21 futbolçumuz Britaniyaya getdi
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Şotlandiya ilə qarşılaşacaq Azərbaycan milli komandası Böyük Britaniyaya yola düşüb. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, yığmamızın baş məşqçisi Bernard Lippert sabah keçiriləcək oyuna 21 futbolçu aparıb.

Almaniyalı mütəxəssis Falkirk şəhərinin eyni adlı stadionundakı görüşdə Aqil Məmmədov, Andrey Popoviç, Səlahət Ağayev, Vurğun Hüseynov, Yasin Yaqubzadə, Novruz Məmmədov, Tural Axundov, Tərlan Quliyev, Fariz Məmmədov, Rahid Əmirquliyev, Nizami Hacıyev, Emin Mustafayev, Araz Abdullayev, Hüseyn Axundov, Amit Quluzadə, Eşqin Quliyev, Cavid Hüseynov, Mirhüseyn Seyidov, Şəhriyar Rəhimov, Tagim Novruzov və Cavid İmamverdiyevə güvənəcək.

Qeyd edək ki, Şotlandiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.