“Azərbaycan yığması oyuna hədsiz güclü köklənmişdi” - FOTO
01.03.2010 - 11:14
İkiqat Rusiya çempionu Aleksandr Buxarov Azərbaycan yığması ilə görüş haqda bədxah danışanların cavabını verib. Apasport.az saytının məlumatına görə, “Rubin” klubunun heyətində Premyer Liqada son iki mövsümün qalibi olan gənc hücumçu Rusiya milli komandasında ötən ilin oktyabrın 14-də yığmamızla səfərdəki rəsmi oyunda (1:1) debüt edib.
Rus həmkarlarımızın fikrincə, Buxarovun siftə etdiyi həmin görüşdən xeyli keçsə də, bu haqda hələ uzun müddət pis sözlər danışılacaq. Əsas problem motivasiyanın olmamağı sayılsa da, Aleksandr bunu yaxına buraxmır. Hücumçu hesab edir ki, milli komandamızla Bakıdakı nəticəyə kölgə salmaq düzgün deyil: “Necə də fərqli təəssüratlar var. Mən oyunu belə hiss edirdim: gərginlik, hamı çalışır. Azərbaycan yığması oyuna hədsiz güclü köklənmişdi. Biz qələbəyə oynaya bilmədik. Bu, azarkeşlər üçün üzücüdür. Əgər penalti zərbəsini dəqiq yerinə yetirsəydik, oyunu tam başqa cür qəbul edərdilər”.
Qeyd edək ki, Rusiya milli komandası həmin oyunun sonuna yaxın qələbə topunu vurmaq üçün əla imkan qazansa da, qapıçımız Kamran Ağayev müdafiəçi Sergey İqnaşeviçin yerinə yetirdiyi penalti zərbəsini dəf etməklə, buna imkan vermədi.

0
0