İlk beynəlxalq oyunlar: Hiddink ruslarla Macarıstanda vidalaşacaq
02.03.2010 - 11:53
Sabah dünyanın yaşı meydanlarında yoldaşlıq görüşləri keçiriləcək. Apasport.az saytının məlumatına görə, FİFA-nın oyunlar keçirmək üçün bu il ilk “pəncərəsi”ndə bir sıra maraqlı matçlar baş tutacaq.
Azərbaycan milli komandasının 2012-ci il Avropa çempionatının seçmə mərhələsində rəqibləri də iş başında olacaq. Bu mənada Almaniya – Argentina görüşünün günün ən maraqlı oyunlarından biri olduğunu desək, yanılmarıq. Ardıcıl ikinci seçmə mərhələdə milli komandamızla bir qrupa düşən Bundestim ötən il dünyanın və Avropanın ən yaxşı futbolçusu Lionel Messinin lideri olduğu yığma ilə çətin sınağa çıxacaq. 1986 və 90-cı illərin dünya çempionatının finalının iştirakçısı olan Almaniya və Argentina yığmaları həmişə prinsipial rəqiblər olub. Digər ən maraqlı oyun kimi Avropa çempionları Fransa və İspaniya yığmalarının görüşünü qeyd etmək olar.
Qrupumuzun digər favoriti Türkiyə yığması DÇ-2010-un final mərhələsinin iştirakçısını qəbul edəcək. Söhbət “Xəzər-Lənkəran”ın hücumçusu Allan Lalinin bir vaxtlar şərəfini qoruduğu, indi isə həsrət qaldığı Honduras yığmasından gedir. “Ay-ulduzlular”ın yeni baş məşqçisi Qus Hiddink hələ işə başlamadığı üçün yığmanı sabahkı oyuna köməkçisi Oğuz Çətin çıxaracaq. Hiddink isə ötən seçmə mərhələdə bizə rəqib olduğu Rusiya yığmasının sükanı arxasında sonuncu oyununu keçirəcək. Təcrübəli holland mütəxəssis 2008-ci il Avropa çempionatının bürünc medal qazandırdığı ruslarla Macarıstanda vidalaşacaq. Hiddinkin Rusiya Futbol İttifaqı ilə yaya kimi müqaviləsi olsa da, şimal qonşularımızın həmin vaxta kimi digər yoldaşlıq görüşləri nəzərdə tutulmayıb. Ancaq bununla belə, Hiddinkin Türkiyəyə gələnə kimi israrla çağırıldığı Kot D’İuvar yığmasının DÇ-2010-un final mərhələsində sükanı arxasında olacağı gözlənilir.
Qalan rəqiblərimizdən Avstriya ilə Belçika yığmaları də yoldaşlıq görüşlərini öz meydanında keçirəcək. Avstriyalıların rəqibi DÇ-2010-nun final mərhələsinin iştirakçısı – Danimarka yığmasıdır. Belçika Xorvatiyanı sınağa çəkəcək. Qazaxıstan isə Moldova ilə razılığa əsasən Türkiyənin Antalya şəhərində görüşəcək. Qazaxlar həmin oyunda milli çempionatımızın moldovalı iştirakçıları – müdafiəçilər Vadim Boretslə Aleksey Savinov (hər ikisi “Bakı”), hücumçular Anatoli Doroşla (“Olimpik-Şüvəlan”) Aleksandr Qolban (“Simurq”) üz-üzə gələcək.
3 mart
15:00. Tanzaniya – Uqanda
15:00. Zimbabve – Malavi
17:30. Ermənistan – Belarus
17:30. Makedoniya – Çernoqoriya
18:00. Kipr – İslandiya
18:30. Kot D’İuvar – Cənubi Koreya
19:00. Gürcüstan – Estoniya
19:00. Yunanıstan – Seneqal
20:00. Anqola – Latviya
20:00. Slovakiya – Norveç
20:30. Bosniya və Herseqovina – Qana
21:30. Moldova – Qazaxıstan
22:00. Malta – Finlandiya
22:00. Türkiyə - Honduras
22:15. Əlcəzair – Serbiya
22:30. Macarıstan – Rusiya
22:30. CAR – Namibiya
22:45. Rumıniya – İsrail
23:00. Lüksemburq – Azərbaycan
23:15. İsveçrə - Uruqvay
23:30. Avstriya – Danimarka
23:30. Polşa – Bolqarıstan
23:45. Albaniya - Şimali İrlandiya
23:45. Belçika – Xorvatiya
23:45. Almaniya – Argentina
23:45. İtaliya – Kamerun
23:45. Hollandiya – ABŞ
23:45. Sloveniya – Qətər
23:45. Uels – İsveç
00:00. İngiltərə - Misir
00:00. Fransa – İspaniya
00:00. Şotlandiya – Çexiya
00:15. Portuqaliya - Çin
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

0
0