Rəşad Sadıqov Con Terridən danışdı: Sarğını əlimdə saxlamaq haqda fikirləşmirəm
02.03.2010 - 12:31
“Hər bir baş məşqçinin dövründə kapitan və 2 vitse-kapitan seçilir. Həmin futbolçu kapitanlığa layiq hərəkət etmədiyi və ya heyətdən uzaqlaşdığı təqdirdə, bu hüquqdan məhrum olur. Məsələn, İngiltərə yığmasından Con Terrini götürək. O, kapitanlığa yaraşmayan hərəkət etdi və sarğı əlindən alındı. Başqa hallarda isə kapitanın dəyişdirilməsinə rast gəlməmişəm”. Bunu apasport.az saytının Lüksemburqa ezam olunmuş xüsusi müxbiri ilə söhbətində Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov deyib.
28 yaşlı müdafiəçi bildirib ki, Lüksemburqla yoldaşlıq görüşü ərəfəsində fikrini öz oyununa yönəldib: “Mən zədəli idim, sonradan heyətə qayıtdım. Hazırda kapitan sarğısını əlimdə saxlamaq yox , yığmada daha yaxşı çıxış etmək, öz oyunumu artırmaq haqda fikirləşirəm”.
Qeyd edək ki, Rəşad Sadıqov zədəli olduğundan ötən il Samir Abbasov və Mahir Şükürov kapitan funksiyasının geri qaytarıb. Bu il fevralın 25-də İordaniya ilə yoldaşlıq matçında isə Sadıqov uzun müddətdən sonra kapitan sarğısına qovuşub.

0
0