“Joze Bastel”də beş qoşa!
02.03.2010 - 13:30
“Joze Bastel”də beş qoşa!
Lüksemburqla oyun Azərbaycan yığmasının tarixində 163-cü qarşılaşma olacaq. Apasport.az saytının hesablamalarına görə, ilk matçını 1992-ci ildə keçirən komandamız 18 il ərzində 28 qələbə qazanıb. Futbolçularımız 39 dəfə meydanı heç-heçə ilə tərk etdiyi halda, 95 məğlubiyyətə üzülüb. Bu görüşlərdə 108 qol vurub, qapımızdan 289 top buraxmışıq.

Sabah “Joze Bastel” stadionunda baş tutacaq oyun komandamız üçün 85-ci yoldaşlıq görüşüdür. Dünya və Avropa çempionatının seçmə xarakteri daşımayan belə matçlarda yığmamız daha uğurlu çıxış edib. Komandamızın hesabında 22 qələbə, 27 heç-heçə var. Daha çox – 35 dəfə qalib gələn rəqiblərimiz top fərqində də üstündür – 112:77.

Qeyd edək ki, tarixində ilk dəfə öz oyununu martın 3-də keçirən yığmamız indiyədək heç vaxt Lüksemburqla qarşılaşmamışdı. Millimiz tarixi ərzində 54 komanda ilə üz-üzə gəlmişdi ki, “cırtdan” ölkə təmsilçisinin sayəsində bu rəqəm 55-ə çatacaq.
0