Rekordu təkrarladıq!
03.03.2010 - 15:58
Rekordu təkrarladıq!
Şotlandiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandası ilə oyun Azərbaycan yığmasının tarixinə düşüb. Apasport.az saytının hesablamalarına görə, Bernard Lippertin yetirmələri səfərdə 2 qol vurmaqla, komandamızın rekordunu təkrarlayıb.

Avropa çempionatının seçmə mərhələlərində ilk oyununu 1994-cü ildə keçirən yığmamız 16 il ərzində heç vaxt səfərdə 2-dən artıq qol vurmayıb. Komandamızın ilk rəsmi oyununda müəyyənləşən iki qol vurmaq rekordu isə sonradan daha iki dəfə təkrarlanmışdı. Falkirkdəki qarşılaşma bu nəticənin 4-cü dəfə qeydə alınması ilə nəticələnib. Tarixi ərzində 27-si səfərdə olmaqla, 54 seçmə oyununa çıxan U-21 Rumıniya, Makedoniya və Xorvatiyada da Şotlandiyadakı məhsuldarlığını nümayiş etdirib.

Avro-1996
07.09.1994. Rumıniya – Azərbaycan – 5:2

Avro-2002
06.10.2000. Makedoniya – Azərbaycan – 1:2

Avro-2009
11.09.2007. Xorvatiya – Azərbaycan - 3:2

Avro-2011
02.03.2010. Şotlandiya – Azərbaycan - 2:2
0