Bülənt Korkmazın arzusu
03.03.2010 - 16:09
“Hər bir qarşılaşma kimi, “Standard”la matç da mühüm əhəmiyyət daşıyır. Bizim üçün avrokuboklara vəsiqə qazanmağın ən asan yolu kubokdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Bülənt Korkmaz deyib.
Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Standard”la ilk oyunu ərəfəsində türkiyəli mütəxəssis görüşlə bağlı fikirlərini bildirib. Klubun rəsmi internet saytına açıqlamasında Korkmaz mükafatı qazanmaq iddiasını açıqlayıb: “Qarşıdakı beş matçda - 1/4 final, yarımfinal və final qarşılaşmalarında uğurlu nəticə qazanmaqla, istəyimizə çata bilərik. Kuboku qazanmaq üçün ilk növbədə “Standard”ı mübarizədən kənarlaşdırmalıyıq. Matça ciddi hazırlaşırıq, istəyimizə çatacağımıza inanıram”.
Qeyd edək ki, martın 6-da keçiriləcək “Bakı” – “Standard” oyunu saat 17:00-da başlayacaq.

- Tilemans dubl etdi - Oyunun ən yaxşı futbolçusu seçildi
- Seneqal tarix yazdı - DÇ-da buna nail olan ilk Afrika millisi
- Sarr tarix yazdı - Seneqal millisinin rekordçusu oldu
- “Beşiktaş” Trossar üçün “Arsenal”la razılaşdı - Futbolçunun tələbləri bitmir
- “Bavariya” açıqladı - Saibari ilə 2031-ci ilə qədər müqavilə
0
0