“Qarabağ” – “Xəzər-Lənkəran” matçı kimə tapşırıldı?
05.03.2010 - 11:35
“Qarabağ” – “Xəzər-Lənkəran” matçı kimə tapşırıldı?
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarını idarə edəcək hakimlərin adları müəyyənləşib. Apasport.az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının rəsmi internet saytı martın 6-7-də baş tutacaq görüşlərə təyinatları açıqlayıb.

Maraqlıdır ki, Hakimlər Komitəsi ölkəmizin 3 FİFA referisindən yalnız birinə - Vüsal Əliyevə güvənəcək. O, paytaxt təmsilçiləri “Neftçi” ilə “İnter”in qarşılaşmasında söz sahibidir.

Nisbətən az maraq doğuran “Bakı” – “Standard” və “Simurq” – “Olimpik-Şüvəlan” görüşlər Əfqan Həmzəyev və Elnur Muradova həvalə olunub. “Qarabağ” və “Xəzər-Lənkəran” arasında prinsipial görüşündə isə Elçin Məmmədov fit çalacaq.


06 mart (şənbə)

"Bakı" - "Standard"

T.Bəhramov adına Respublika stadionu. Saat 17:00 (canlı, "İdman Azərbaycan")
Hakimlər: Əfqan Həmzəyev, Roman Vasilyev, Mehman Mahmudov, Rasim Məmmədov

07 mart (bazar)

"Simurq" - "Olimpik-Şüvəlan"

Zaqatala şəhər Olimpiya İdman Kompleksinin stadionu. Saat 15:00
Hakimlər: Elnur Muradov, Eldar Nağıbəyov, Azad Q.Hüseynov, Ceyhun Haşımov

"Qarabağ" - "Xəzər Lənkəran"
Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu. Saat 14:15 (canlı, AzTV)
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Mübariz Haşımov, Rövşən Əhmədov

"Neftçi" - "İnter"
T.Bəhramov adına Respublika stadionu. Saat 15:00 (canlı, "İdman Azərbaycan")
Hakimlər: Vüsal Əliyev, Ramiz Əsədov, Orxan Məmmədov, Anar Salmanov
0