Xaqani Məmmədov FİFA hakimini aşağı dəstəyə yolladı
05.03.2010 - 11:42
Xaqani Məmmədov FİFA hakimini aşağı dəstəyə yolladı
Azərbaycan çempionatının birinci divizionunun XII turuna hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, AFFA-nın Hakimlər Komitəsi FİFA referisi Fariz Yusifovun da aşağı dəstədə fit çalmasını məqsədəuyğun sayıb.

Xaqani Məmmədovun başçılıq etdiyi komitə təcrübəli hakimi ölkə kuboku matçlarına deyil, “Bakılı” – MOİK qarşılaşmasına göndərir. Yusifov birinci divizionun iddialı rəqiblərinin martın 7-də prinsipial görüşündə söz sahibi olacaq. Hərçənd həmin gün ölkə kubokunun az prinsipiallıq kəsb etməyən matçları da keçiriləcək. “Şəfa” stadionunun 4-cü meydançasında baş tutacaq matçda Yusifova İsgəndər Əliyev, Ruslan Babayev və Teymur Fərhadov kömək edəcək. Onun əməyinə qiyməti isə hakim-inspektor, Tofiq Şükürov verəcək.

Qeyd edək ki, “Bakılı” – MOİK matçı saat 14:15-də başlayacaq.
0