Premyer Liqa klubları pley-offdan imtina etdi
05.03.2010 - 12:06
Premyer Liqa klubları pley-offdan imtina etdi
İngiltərə Premyer Liqasının klubları Çempionlar Liqasına 4-cü vəsiqə üçün pley-off oyunlarının keçirilməsinə razı olmayıb. Apasport.az saytının məlumatına görə, yarışın təşkilatçıları 4-7-ci yerləri tutan komandaların yenidən bir-biri ilə qarşılaşaraq sonuncu “xoşbəxti” müəyyənləşdirməsini təklif etsə də, klub prezidentləri bu yeniliyi bəyənməyib.

Pley-offun tətbiqi üçün 20 klub prezidentindən ən azı 14-nün razılığı zəruri olsa da, bu baş verməyib. Klublar indiki kimi ilk 4 yerin sahibinin qitənin ən nüfuzlu turnirinə yollanması variantını dəstəkləyib. Yeniliyin qəbul olunmamağı mövsüm ərzində keçirilən oyunların sayının onsuz da çox olması ilə izah olunur.

Qeyd edək ki, “Arsenal”, “Everton” və “Liverpul” kimi klublar yeniliyi dəstəkləmədiklərini rəsmən bəyan etmişdilər.
0