“...Rəşad Sadıqovun əvəzləyicisi olaram”
05.03.2010 - 12:34
“...Rəşad Sadıqovun əvəzləyicisi olaram”
“Özləri zəng vurub məni komandaya dəvət etmişdilər. Qurban Qurbanovla danışdıqdan sonra “Muğan”a getməyə razı oldum. Məni bir neçə oyun ehtiyatda saxladılar”. Bu sözləri apasport.az saytına açıqlamasında “Muğan”ın futbolçusu Nodar Məmmədov deyib.

Qış transfer vaxtı “Qarabağ”dan icarəyə verilən, lakin 1 aydan sonra geri qayıdan müdafiəçi Salyan təmsilçisindəki vəziyyətdən narazı qalıb. Məmmədov özündən zəiflərin start heyətində yer almasının ona pis təsir etdiyini bildirib: “Bakı” ilə matç nəticə baxımından bizim üçün əhəmiyyət kəsb etmirdi. Əgər baş məşqçi Almir Hurtiç bu oyunlarda mənə baxmırdısa, ikinci “altılıq”da şans verəcəkdi? "Bakı" ilə oyunun sonlarında mən də daxil olmaqla, 3 nəfərə isinmə hərəkətləri etməyimi tapşırdı. Halbuki əvəzləmənin 2-ni etmişdi. Mən də vəziyyətə görə hərəkət edib, tapşırığını yerinə yetirmədim"

Özünü gürcü müdafiəçi Davit Svanidze ilə müqayisə edən Nodar belə oyunçunun əvəzləyicisi olmaq istəmədiyini açıqlayıb: “Muğan”ın vitse-prezidenti Bəhruz Şirəliyevə dedim ki, oynatmayacaqdızsa, məni niyə gətirdiniz? Mövqeyimdə oynayan gürcü Daviddən zəif idim? “Qarabağ”ın müdafiəçiləri Elnur Allahverdiyev, Maksim Medvedev, Rəşad Sadıqov və Admir Teli ideal formadadırlar. Bunların oynadığı klubda ehtiyatda qalmaq mənə təsir etməz. “Muğan”da qalmaqdansa, elə Rəşad Sadıqovun əvəzləyicisi olaram”.

Qeyd edək ki, Nodar cari mövsüm Premyer Liqada hamısı “Qarabağ”ın heyətində olmaqla cəmi 5 oyun keçirib.
0