Rövnəq Abdullayev: Elə həyəcanlandım ki, dalbadal 5 siqaret çəkdim
05.03.2010 - 12:53
Rövnəq Abdullayev: Elə həyəcanlandım ki, dalbadal 5 siqaret çəkdim
Bu gün AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan futzal yığmasının üzvləri ilə görüşüb. Apasport.az saytının məlumatına görə, assosiasiya prezidenti futzalçıları yanvarda keçirilmiş Avropa çempionatındakı uğurlu çıxış münasibətilə təbrik edib.

Abdullayev xüsusilə yarımfinalda Portuqaliya ilə qarşılaşmada həyəcanlandığını söyləyib: “Baş məşqçiyə afərin! İlk dəqiqələrdən qapıçını oyunçu ilə əvəzlədi. Həmin vaxt elə həyəcanlandım ki, dalbadal 5 siqaret çəkdim. Cənab prezident şəxsən özü bu oyunu izləyib. Ümumiyyətlə, bütün xalq sizin çıxışınıza baxırdı və dəstəkləyirdi”.

Tədbirdə bildirilib ki, futzalçılara pul mükafatları gələn həftə veriləcək. Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov da öz növbəsində söz alaraq, yaradılmış şəraitə görə AFFA rəhbərliyinə minnətdarlığını bildirdi.

Xatırladaq ki, milli komandamız Avropa çempionatında 4-cü yeri tutub.
0