Foqtsa lazım olmayan futbolçumuz Romarionu məyus etdi
05.03.2010 - 14:07
Foqtsa lazım olmayan futbolçumuz Romarionu məyus etdi
Braziliyanın ən nüfuzlu ştat birinciliklərindən olan Rio-de-Janeyro çempionatında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Karioka adını daşıyan yarışın ikinci mərhələsi Taça Rionun II turu arxada qalıb.

Azərbaycan milli komandasının sabiq futbolçusu Leandro Qomeşin şərəfini qoruduğu “Amerikano” əfsanəvi Romarionun baş meneceri olduğu “Amerika”nın qonağı olub. Ötən turun “Botofoqo” ilə oyununda olduğu kimi, “Leo”nun komandası yenə 1:3 hesabı ilə məğlub olub. Özü də yenə klubunun yeganə qolunu Qomeş vurub. 35 yaşlı futbolçu matçın 32-ci dəqiqəsində hesabı açmaqla, yarım ay əvvəl digər əfsanə Bebetonu baş məşqçi postundan qovan Romarionu məyus edib. Meydan sahibləri yalnız oyunun son yarım saatında özlərinə gələrək, 3 qol vurmağı bacarıb.

Qeyd edək ki, Leandronun Kariokanın son 3 turunda meydanı qolsuz tərk etmir. Qomeş Taça Quanabaranın son turunun “Duke de Kaşias”la matçında da fərqlənmişdi.
0