İsgəndər Cavadov: Biz beş ay havada qalırıq
05.03.2010 - 14:20
İsgəndər Cavadov: Biz beş ay havada qalırıq
“AFFA-nın İcraiyyə Komitəsinin iclasında qərara gəldik ki, çempionatın sistemi ilə bağlı hələ bir az gözləyək. Bu məsələyə mayda, mövsüm bitəndən sonra baxacağıq. Bəlkə həmin zaman 10 komandadan ibarət 4 dövrəlik sistemi qəbul etdik”. Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov deyib.

Cavadov 10 komandadan ibarət 4 dövrəli sistemi daha münasib sayır: “Çünki bu zaman ilk növbədə oyunların sayı çoxalır. Bildiyiniz kimi, bizdə qışda iki ay yarım fasilə yaranır. Bundan sonra oyunlar davam etdirilir, ardından yenə iki ay yarım fasilə yaranır. Yəni, nəticədə beş ay havada qalırıq. Klublar da həmişə mövsümə hazırlıqla bağlı təlim-məşq toplanışındadırlar. Buna görə də oyunlarını sayını artırmaq lazımdır ki, klublarda bir problem yaransın. Klublarda nə qədər çox oyun keçirsə, inkişaf etsə, oyunlarında bir o qədər sabitlik yarada bilərik. “Altılıq” hələ yüksək səviyyədə deyil. Allah qoysa, çempionat qurtarandan sonra bunu dəqiq biləcəyik”.

Yeni loqonu yaxşı hesab edən İK üzvü qurumun bu gün iclasında 16 yaşlılardan ibarət yığma komandanın (U-16) yaradılması ilə qəbul etdikləri qərarı alqışlayır: “Biz hər yaşda yığma komanda yaratmaq lazımdır. Buna görə də U-16-nın yaradılmasını təqdirəlayiq hesab edirəm”.
0