The end!
05.03.2010 - 16:34
The end!
“Mançester Yunayted” klubunun futbolçusu Maykl Ouen üçün mövsüm başa çatıb. Apasport.az saytının məlumatına görə, buna səbəb 30 yaşlı hücumçunun dizindəki zədədir. “Qırmızı şeytanlar”ın baş məşqçisi Aleks Ferqyusson zədənin gözlənildiyindən ciddi olduğunu və futbolçunun bu gün əməliyyat olunacağını deyib.

Ouen İngiltərə Premyer Liqasının və Çempionlar Liqasının qalan bütün matçlarını buraxmalı olacaq. Bundan başqa, onun İngiltərə yığmasının heyətində iyunda CAR-da start götürəcək dünya çempionatına aparılması da sual altındadır.

Qeyd edək ki, Maykl ötən həftə Liqa Kubokunun finalında “Aston Villa”ya qarşı matçda sıradan çıxıb. O, 0:1 hesabı ilə uduzan komandasının bərabərlik qoluna imza atdıqdan sonra zədələnib. Hər halda, həmin oyunda “Mançester Yunayted” qələbə qazana bilib: 2:1.
0