Qazaxıstan bu il milli komandamızla yoldaşlıq görüşü keçirəcək
05.03.2010 - 16:45
Qazaxıstan bu il milli komandamızla yoldaşlıq görüşü keçirəcək
Qazaxıstan yığması bu il Azərbaycanla yoldaşlıq görüşü keçirəcək. Apasport.az saytının məlumatına görə, bu ölkənin 21 yaşlılardan ibarət millisi (U-21) oktyabrda azərbaycanlı həmyaşıdları ilə qüvvəsini sınamaq fikrindədir.

Qazaxıstanın U-21-nin baş məşqçisi, ötənlərin belaruslu məşhur futbolçusu Pavel Rodnenok komandasını əvvəl vətəninə aparacaq: “Sentyabrda Belarusa səfər planlaşdırmışıq. Orada ya iki yoldaşlıq görüşü keçirəcək, ya da turnirdə iştirak edəcəyik. Oktyabrın əvvəlində Azərbaycanın gənclər yığması yoldaşlıq görüşü keçirməyi planlaşdırmışıq. Bunları komandanın yaradılması işində baza saymaq olar. Əgər bu il bütün bunları reallaşdıra bilsək, çox yaxşı olacaq”.

Qeyd edək ki, qazaxlar əsas millimizlə Avro-2012-də bir qrupa yer alıb. Alman mütəxəssis Bernd Ştorkun çalışdırdığı komanda yığmamızla rəsmi oyunları gələn il keçirəcək.
0